|
Torpaq sürüşdü, qatar relsdən çıxdı

İspaniyanın Barselona şəhəri yaxınlığında sərnişin qatarı relsdən çıxıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində bir nəfər həlak olub, daha bir neçə nəfər isə xəsarət alıb.

 

Hadisə Barselona yaxınlığındakı Vakarisses qəsəbəsində qeydə alınıb.

Qəzaya bir neçə gündür ki, davam edən şiddətli yağıntının yol açdığı torpaq sürüşməsi səbəb olub.