|
Kosovo-Azərbaycan oyununun hakimləri açıqlanıb

Millətlər Liqasının 6-cı turunda keçiriləcək Kosovo-Azərbaycan oyununa hakim təyinatları açıqlanıb. Trend-in məlumatına görə, görüşü fransalı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Benua Millo olacaq. Ona Mehdi Rahmuni və Bertran Juanno kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi Bencamin Paje, əlavə köməkçilər isə Frank Şneyder və Karim Abed olacaq.

 

Qeyd edək ki, noyabrın 20-də Priştina şəhərində keçiriləcək matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.