|
Sevgilisindən ona görə ayrılıbmış

“Erkenci kuş” serialının aktrisası Demet Özdemir eyni serialda rol alan Can yamanla görüntülənib.

Aslı Zenginin doğum gününə qatılan ikili sonradan başqa bir məkana yollanıb.

Səmimi halları ilə diqqət çəkən cütlük romantik anlar yaşayıb. Belə ki, Can səhnəyə çıxaraq Demet üçün mahnı səsləndirib. 

Məkandan çıxmağa hazırlaşan ikili əvvəlcə qapıda jurnalistlərin olub olmamasını yoxlayıb, sonra restorandan çıxıb. Fotoqrafları görən Can və Demet açıqlamada “Ad günü var idi. Onun üçün gəlmişik” sözlərini deyib. 
İkili ayrı taksilərə minsə də ardınca yenidən görüşüb və evə bir gedib. 
Onların bu halı ağıllara Demetin Seçkin Özdemirlə ayrılmasına Canın səbəb olduğu fikrini gətirib.