|
Məşhur aktrisa gizlicə ərə gedib

56 yaşlı aktrisa Meq Rayan gizlicə ərə gedib. 
Bu haqda ingilis mediası xəbər yayıb. Bildirilib ki, aktrisanın seçimi 67 yaşlıs evgilisi Con Mellenkamp olub. 

2011-ci ildən bu yana sevgili olan cütlük meqin Hindistandakı villasında nikah masasına oturub. Toya ancaq 20 adam dəvət edilib. 

"Onlar bir-birindən ayrı yaşaya bilməyəcəklərini başa düşüblər. Toyda İsveç masası açılmışdı. Qonaqları əyləndirmək üçün musiqi qrupu çağrılmışdı. Gecədə Con Meqə həsr etdiyi yeni mahnısını da oxuyub" deyə, mənbə bildirib.