|
Novxanıdan taxta qayıqla dənizə çıxan 2 balıqçı təhlükə qarşısındadır

Novxanıdan taxta qayıqla dənizə çıxan 2 balıqçı təhlükə qarşısındadır

Nəqliyyat, Rabitə və Yüksək Texnologilayalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Mətbuat xidmətindən Trend-ə bildiriblər ki, bu gün saat 12:44 radələrində Novxanı qəsəbəsindən taxta qayıqla dənizə çıxan 2 balıqçının təhlükə ilə üzləşməsi barədə Agentliyin Milli Mərkəzinə məlumat daxil olub. Məlumatda bildirilib ki, sahildən 10 km məsafədə qayığın hərəkət vericisi xarab olduğundan su axını balıqçılar olan qayığı açıq dənizə doğru aparır.

 

Milli Mərkəz tərəfindən dərhal hadisə barədə aidiyyəti qurumlar məlumatlandırılıb. "Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Bakinskaya - 3” gəmisi kömək üçün hadisə yerinə yönəldilib. Hazırda Milli Mərkəz tərəfindən xilasetmə əməliyyatlarının koodinasiyası həyata keçirlir.