| Xəbər 1411 dəfə oxunub
ÇL: "Mançester Yunayted"dən möhtəşəm geri dönüş, "Mançester Siti"dən 6 cavabsız top

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4 turunun son oyunları keçirilib.

Trend-in keçirilən oyunların nəticələrini təqdim edir:

F qrupu

"Mançester Siti" (İngiltərə) - "Şaxtyor Donetsk" (Ukrayna) - 6:0
Qollar: D.Silva (13-cü dəqiqə), Q.Jezus (24 və 72-ci dəqiqələr - penalti, 90+2-ci dəqiqə), R.Sterlinq (49-cu dəqiqə), R.Mahrez (84-cü dəqiqə).

"Lion" (Fransa) - "Hoffenhaym" (Almaniya) - 2:2
Qollar: N.Fekir (19-cu dəqiqə), T.Ndombele (28-ci dəqiqə), A.Kramariç (65-ci dəqiqə),P.Kaderabek (90+2-ci dəqiqə)

G qrupu

 

"ÇSKA" (Rusiya) - "Roma" (İtaliya) - 1:2
Qollar: K.Manolas (4-cü dəqiqə), A.Siqurdson (50-ci dəqiqə), L.Pelleqrini (59-cu dəqiqə).

"Viktoriya Plzen" (Çexiya) - "Real Madrid" (İspaniya) - 0:5
Qolar: K.Benzema (21 və 37-ci dəqiqələr), Kazemiro (23-cü dəqiqə), Q.Beyl (40-cı dəqiqə), T.Kros (67-ci dəqiqə).

İ qrupu

"Valensiya" (İspaniya) - "Yanq Boyz" (İsveçrə) - 3:1
Qollar: A.Mina (14 və 42-ci dəqiqələr), R.Assale (37-ci dəqiqə), K.Soler (56-cı dəqiqə)

"Yuventus" (İtaliya) - "Mançester Yunayted" (İngiltərə) - 1:2
Qollar: K.Ronaldu (65-ci dəqiqə), X.Mata (86-cı dəqiqə), L.Bonuççi (90-cı dəqiqə - avtoqol)