| Xəbər 1499 dəfə oxunub
Azərbaycanda ana südü mətbəxləri yaradılmalıdır

Azərbaycanda ana südü mətbəxlərinin yaradılmasını təklif edilib.

Trend-in məlumatına görə, bu təkliflə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə həsr edilmiş birgə iclasında çıxış edib.

 

Onun sözlərinə görə, ölkədə aktual məsələlərdən biri də milli genefondun, ailə sağlamlığının qorunmasıdır. O qeyd edib ki, körpələrin ana südü ilə qidalanmasının səmərəli təşkil olunmasına nail olmaq vacibdir: “Ana südü milli-mənəvi dəyərlərimizin daşıyıcısıdır. Ona görə də ana südü mətbəxləri yaradılmalıdır. Bununla bağlı təcrübəmiz də var, qanunvericilik bazamız da təkmildir”.