| Xəbər 1146 dəfə oxunub
"Barselona" ardıcıl 18-ci dəfə pley-offda!

Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda səfərdə "İnter"lə heç-heçə (1:1) oynayan "Barselona" qrupdan çıxmağı vaxtından əvvəl təmin edib.
Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, xallarının sayını 10 yüksəldən kataloniyalılar ardıcıl 18-ci dəfə adını pley-offa yazdırıb. İspaniya təmsilçisi 2002-2003 mövsümündən etibarən hər il qitənin ən nüfüzlu klub turnirində qrupdan çıxmağa nail olub.

Qeyd edək ki, 4 turdan sonra ehtiyatında 10 xal olan "Barselona" 3-cü pillədəki "Tottenhem" (4 xal) üçün əlçatmazdır. Hətta London klubu son iki oyunda maksimum nəticə qazansa belə, bu, ispanların növbəti mərhələyə yüksəlməsinə mane olmayacaq. Qrupda 2-ci pilləni isə 7 xalı olan "İnter" tutur.