| Xəbər 1465 dəfə oxunub
Sumqayıtda usta şadlıq evində çılçıraq quraşdırarkən yıxılaraq ölüb

Sumqayıt şəhərindəki şadlıq evlərindən birində çılçıraq quraşdıran gənc usta hündürlükdən yıxılaraq ölüb.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, 1993-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Ağacanov Emil Elçin oğlu "Sədərək" ticarət mərkəzindəki iş yerindən irihəcmli çılçıraq gətirərək, şəhər ərazisində fəaliyyət göstərən "Green House" şadlıq sarayında quraşdırmaq istəyib.

Emil Ağacanov elə hadisə yerində dünyasını dəyişib.

Gəncin meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.