|
Yaddaşı gücləndirmək üçün nə etmək lazımdır?

Yaddaşı gücləndirmək üçün nə etmək lazımdır? Оxunanları yadda saxlamaq üçün nə məsləhət görürsünüz?

Nəyi isə oxuyub yadda saxlamaq üçün ən yaxşı vaxt sübh çağıdır. Sübh azanından Günəşin doğüşüna kimi keçən vaxt zehnin açıq, hafizənin güclü olduğu müddətdir. Acqarına mütaliə etmək, dərs oxumaq yaxşıdır. Çünki toxluq insanda tənbəllik və kütlük yaradır.

Kim sübh namazını və onun nafiləsini (müstəhəb namazı) qılandan sonra Bəqərə surəsinin sonuncu ayəsindən "rəbbəna la tüvaxizna" ifadəsindən başlayıb axıra kimi oxusa, həmin gün ərzində oxuyub-öyrəndiklərini yadında saxlayar. Sübh namazından sonra bu duanı oxumaq yaddası gücləndirər: "Ya həyyü ya qəyyum! Fəla yəfutü şey'ən ilmühü və la yəudühü qüvvəh" (Tərcüməsi: "Ey diri və dayanıqlı olan Allah! Heç nə Onun elmini məhv edə və heç bir qüvvə Ona ziyan yetirə bilməz").

 

Həftə ərzində Bələd surəsini tez-tez oxumaq, Əla surəsini yazıb öz üstündə gəzdirmək də yaxşı nəticə verir.

Bunlardan əlavə bal, kərəviz yemək də hafizəni artırır. Quran oxumaq, dişləri misvak çubuğu ilə təmizləmək də hafizəni qüvvətləndirir. Həmçinin, ata-ananın sözünə baxmaq (onlarla mehriban davranmaq), həmişə dəstəmazlı olmaq, üzü qibləyə oturmaq, gecə namazı qılmaq da tövsiyə edilib.