| Xəbər 1353 dəfə oxunub
A seriyası klubu baş məşqçisini ad günündə istefaya göndərdi

"Empoli" baş məşqçisi Aurelio Andreaççolini istefaya göndərib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, rəhbərlik italiyalı mütəxəssislə 65 yaşını qeyd etdiyi gündə yolları ayırmağa qərar verib. Komandanın bu mövsüm A seriyasında uğursuz çıxışı səbəbindən bu addım atılıb. Yeni baş məşqçi vəzifəsinə Cüzeppe Yakının təyin olunacağı gözlənilir.

Qeyd edək ki, "Empoli" ölkə çempionatında 6 xalla 18-ci pillədə qərarlaşıb.