|
ADA Venesiya universiteti ilə anlaşma memorandumu imzalayıb

Azərbaycanın ən qabaqcıl ali məktəbi olan ADA Universiteti və Venesiyanın Ka' Foskari (Ca' Foscari) Universiteti əməkdaşlıq və tələbə mübadiləsi haqqında qarşılıqlı anlaşma memorandumu imzalayıblar.

ADA Universitetindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar həmin universitetinin rektoru Mikele Bulyezi (Michele Bugliesi) və digər rəhbər şəxslər Bakıya səfər ediblər.

M.Bulyezinin sözlərinə görə, bu sənədin imzalanması, eləcə də Bakı Ka`Foskari Universitetinin məsləhət ofisi iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etməsinə kömək edir. Rektor həmçinin qeyd edib ki, bu il Ka`Foskari Universitetinə Azərbaycandan 35 tələbə qəbul olub.

Eyni zamanda qarşılıqlı memorandumu imzalayndan sonra Ka"Foskari (Ca' Foscari) universitetinin prorektoru xanım Tiziana Lipiello ADA Universitetinin tələbələri qarşısında "Marko Polonun izlərilə": İpək Yolu ölkələrinin mədəni irsini dəyərləndirilməsi üçün yeni layihələr" mövzusunda məruzə ilə çıxış etdi. Qeyd edək ki, bu məruzə "FANTAZİA" mədəni irs festivalı çərçivəsində həyata keçirilirdi.

 

Elə həmin gün Ca' Foscari Universitetinin rektoru Mikele Bulyezinin (Michele Bugliese) rəhbərlik etdiyi nümayəndə heyətitəhsil nazirinin müavini Firudin Qurbanovla görüşü keçirilib. Görüş zamanı tərəflər qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Noyabrın 3-də Venesiyanın Ca' Foscari Universitetinin Bakıdakı ofisinin rəsmi açılış mərasimi keçirilib.

Açılış mərasimi zamanı Venesiyanın Ca' Foscari Universitetinin rektoru Mikele Bulyezi çıxış edərək universitet haqqında tədbir iştirakçılarına məlumat verib. Daha sonra adıçəkilən universitetin prorektoru Tiziana Lipiello Bakıdakı ofisin fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verdi. Venesiyanın Ca' Foscari Universitetinin Bakıdakı ofisinə ev sahibliyi edəcək United-Cultures in Baku şirkətinin direktoru Paola Casagrande çıxış edərək cənab rektora və xanım prorektora o cümlədən tədbirin təşkil olunmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib.