| Xəbər 1365 dəfə oxunub
Arıqlamağın yolu - yemək gündəliyi

Amerikada həyata keçirilən bir araşdırmanın nəticələri maraqlı bir həqiqəti üzə çıxarıb. Həmin araşdırmanın nəticəsində məlum olub ki, “yemək gündəliyi” tutan qadınlar daha tez arıqlayır.

Boğazından keçən hər loxmanı yazmaq kalori nəzarətində mühüm rol oynayır. Bu formada pəhriz saxlayan insan dietasında daha sadiq olur. Araşdırma qrupundan olan Anne Mc Tiernan bildirib ki, insanlar gündəlik əvəzinə yediklərini noutbuka, telefona və ya iPad-a yazaraq qidalanmasını nəzarətdə saxlaya bilər. Məqalədə bildirilib ki, insanlar xüsusən də günorta yeməklərini restoranda yeməkdən qaçmalıdır. Gündə üç dəfə yemək həkimlərin əsas məsləhətidir. Hansısa yemək növbəsini ixtisara salıb ötürmək arıqlamaya ən böyük zərbədir.

Bir illik araşdırma nəticəsində məlum olub ki, yediklərini yazanlar pəhriz saxlayan digər adamlarla müqayisədə 3 kilo daha çox çəki itirib.