| Xəbər 2097 dəfə oxunub
Yaşınız 50-dən aşağıdır?

Köklük gənc qadınlarda kolorektal xərçəngin inkişafına səbəb olur.

Milli.Az xəbər verir ki, bu istiqamətdə aparılan araşdırmanın nəticəsi JAMA onkologiya jurnalında yayımlanıb.

Məqalədə bildirilir ki, gənc yaşlarda çəkinin artması yaşı 50-dən az olan qadınlarda bağırsaq xərçənginə yol aça bilər.

Araşdırmaya görə, qadınlarda bədən kütlə indeksi nə qədər çox yüksək olarsa, bağırsaq xərçənginin inkişaf etmə riski o qədər yüksəkdir.

 

Bu nəticəni əldə etmək üçün alimlər 85 mindən çox qadının 1989 - 2011- ci illərdə toplanan nəticələrini təhlil edib. Bu araşdırma başlayanda qadınların yaşı 25-44 arasında olub. Hər iki ildən bir mütəxəssislər qadınların səhhətindəki dəyişiklikləri qeydə alıb. Araşdırma müddətində 50 yaşında olan 114 qadında kolorektal xərçəng aşkarlanıb.

Araşdırma zamanı xəstəliyin daha çox artıq çəkidən əziyyət çəkən qadınlarda aşkarlandığı bildirilir.