|
Hansı ayda hansı meyvə-tərəvəz yeyilməlidir?

Meyvə-tərəvəzin min bir dərdin dərmanı olduğunu yəqin ki, hamınız bilirsiniz. Bu gün istənilən mövsümdə istənilən məhsulu tapmaq elə də çətin deyil. Amma hər şey öz mövsümündə yeyilsə, daha faydalı olar. Bəs hansı ayda, hansı meyvə-tərəvəzi yeməliyik? 

CİA.Az axşam.az-a istinadən bu sualın cavabını verir: 

Yanvarda - Kərəviz, kələm, brokoli, yerkökü, ispanaq, pazı, turp, alma, nar, portağal, armud, heyva, qreyfurt;

Fevralda - Brokoli, kələm, pəncər, yerkökü, ispanaq və turp, alma, portağal, banan, armud, qreyfurt və heyva;

Martda - İspanaq, yerkökü, qırmızı turp, brokoli, alma, banan;

Apreldə - Təzə soğan, təzə sarımsaq, kəklikotu, paxla, kahı, alça;
Mayda - Paxla, əməköməci, pomidor, xiyar, çiyələk, alça, tut;

İyunda - Kartof, lobya, paxla, qabaq, badımcan, bibər, pomidor, xiyar, tənək, təzə soğan və sarımsaq, gilas, alça, ərik, şaftalı, tut;

 

İyulda - Pomidor, siyar, lobya, şüyüd, ispanaq, qabaq, badımcan, bibər, ərik, şaftalı, qovun, tut, albalı;

Avqustda - Qabaq, pomidor, xiyar, badımcan, bibər, qarğıdalı, qırmızı bibər, ərik, şaftalı, albalı, qarpız, əncir, üzüm;

Sentyabrda - Göbələk, badımcan, qarğıdalı, qabaq, bibər, fındıq, qovun, qarpız, əncir, üzüm; 

Oktyabrda - Göbələk, ispanaq, yerkökü, kələm, kahı, qırmızı turp, armud, üzüm, alma, qreyfurt, mandalin, banan, qoz-fındıq;

Noyabrda - Kələm, kərəviz, yerkökü, pazı, ispanaq; qoz, şabalıd, üzüm, alma, banan, nar, kivi, naringi;

Dekabrda - Balqabaq, kələm, ispanaq, kərəviz, yerkökü, qırmızı kələm, alma, mandalin, portağal, nar, armud, banan, kivi, şabalıd, heyva.