| Xəbər 1788 dəfə oxunub
"Apple" məşhur məhsulunu “dəfn etdi”

"Apple" şirkəti "iPhone 5" məhsullarını köhnəlmiş qurğular siyahısına daxil edib. Trend-in məlumatına görə, sözügedən smartfonu Amerika korporasiyasının rəsmi servis mərkəzlərində artıq təmir etdirmək mümkün olmayacaq.

"Apple" şirkəti öz qadcetlərinin işini onların istehsalı dayandırıldıqdan sonrakı beş il ərzində dəstəkləyir.

 

"iPhone 5" smartfonu 2012-ci ilin sentyabrında buraxılıb. Bütün istehsal dövrü ərzində 70 milyondan çox qadcet nüsxəsi satılıb.