| Xəbər 1797 dəfə oxunub
Qadınlar ərə gedəndən bir il sonra kökəlir

Hər 5 qadından 1-i ərə getdikdən sonrakı 1 il ərzində təxminən 9 - 10 kiloqram kökəlir. “The Daily Mail” qəzeti yazır ki, bu, 3 min ərdə olan britaniyalı xanım arasında aparılmış araşdırma nəticəsinə üzə çıxıb. Rəyi soruşulanların 42 faizi bildirib ki, “sadəcə, sərbəstləşdikləri”, 22 faizi isə ərə getdikdən sonra kişilərin diqqətini cəlb etmək üçün “özlərinə xüsusi diqqət yetirmədikləri” üçün kökəldiklərini bildirib.

Araşdırmaya qatılan xanımların dörddəbiri isə toy günü artıq arxada qaldığı üçün məyus olduqlarını, buna görə də çox yediklərini söyləyib.

Rəyi soruşulan hər 3 qadından 1-i bildirib ki, evliliyin ilk ilində onlar üçün sağlam qidalanma prinsiplərinə əməl etmək çətinlik yaradıb. Bir çoxları isə toya qədər beyinlərində gəlinlik paltarında gözəl görünmək arzusunun dolaşdığını və bu səbəbdən də qidalanmaya fikir verdiklərini etiraf ediblər. Araşdırma nəticəsində o da məlum olub ki, qadınların 21 faizi toydan sonra artıq çəki yığdıqları üçün ərləri ilə problem yaşayır.