| Xəbər 1800 dəfə oxunub
Xoşbəxt olmaq istəyirsinizsə, balıq yeyin

Həftədə ən az iki dəfə balıq yeyirsinizsə, demək sağlamlığınızı qoruyursunuz. Aparılan araşdırmalar müntəzəm olaraq balıq yemənin fiziki və ruhi sağlamlığımıza yaxşı gəldiyini göstərir.

CİA.az xarici mediaya istinadən balığın insan orqanizminə olan faydaları haqda məlumat verir:

Ürək xəstəliyini və iflicin qarşısını alır: Balıqların hamısı faydalıdır, lakin ürəyi qoruyan omega-3 yağı baxımından qızıl, ton, sardina, siyənək, alabalıq, morina, uskumru, kefal və barbunya balıqları daha zəngindir.

Xolesterinin maddələr mübadiləsini nizamlar: Balığda bol miqdarda olan Omega-3-ün damar genişlədən xüsusiiyəti var. Buna görə ürək və damar xəstəliklərinə qarşı təsirlidir.

Şəkər xəstələri üçün faydalıdır: Şəkər xəstələri ürək xəstəliyi və iflic riskindən daha çox təsirləndikləri üçün balıq yemək onlar üçün faydalıdır.

Balıq kırışıklara qarşı təsirlidir: Balıq yeyən insanların dərisinin daha az yaşlandığı, qırışıq problemi daha gec yarandığını bildirilir.

Astma təhlükəsini azaldır: Bəzi araşdırmalara görə, həftədə birdən artıq, xüsusilə də yağlı balıqlardan yeyən uşaqlarda astmaya tutulma nisbəti, çox balıq yeməyən uşaqlara görə daha azdır.

Balıq yemək xoşbəxtlik və enerji qaynağıdır: Tərkibində serotonin olduğundan balıq yedikdə, özünüzü daha rahat və xoşbəxt hiss edəcəksiniz.

Balıq yeyən qadınların uşaqları daha ağıllı olur: İngiltərədə edilən bir araşdırma hamiləliklerində balıq yağı baxımından zəngin bir diyeta tətbiq edən qadınların uşaqlarının daha ağıllı, daha çevik olduqlarını ortaya qoydu.

Yağ nisbəti azdır: İçində sağlamlıq üçün əhəmiyyətli olan Omega-3 yağı olmasına baxmayaraq, balıqlar ümumi olaraq daha az yağlıdır, kökəltmir.