|
Dövlət qulluğuna qəbul imtahanında 667 namizəd uğur qazanıb

Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə qəbul üçün test imtahanı keçirib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1456 namizəddən 15-i imtahana gəlməyib.

İmtahanın nəticələri saat DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Nəticələrə əsasən:

BA1 altqrupu üzrə – 1 nəfər;

BA2 altqrupu üzrə – 1 nəfər;

BA3 altqrupu üzrə – 21 nəfər;

BA4 altqrupu üzrə – 39 nəfər;

BB1 altqrupu üzrə – 124 nəfər;

BB2 altqrupu üzrə – 118 nəfər;

BB3 altqrupu üzrə – 173 nəfər;

BB4 altqrupu üzrə – 190 nəfər olmaqla, ümumilikdə 667 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.