| Xəbər 5047 dəfə oxunub
Fast-fooddan imtina etdi, 114 kilo arıqladı

Şotlandiyanın Dalmuir şəhər sakini Mark Hardi 197 kilo çəkiyə malikdir.

O, arıqlamaq üçün xüsusi proqram əvəzinə, fast-fooddan imtina etmək xəttini götürüb. Kişi illərlə gündə 24 qutu çips, bir neçə şokolad və 12 litr qazlı içki içirdi. Səhər yeməyində isə 7 qaşıq şəkər tozu ilə qurudulmuş qarğıdalı yeməyi yeyirdi. Naharda ənənəvi Britaniya yeməyi fiş-end-çips, axşam yeməyində isə biq-makla çiyələkli kokteyl qəbul edirdi. Nəhayət, 31 yaşında Hardidə şəkər diabetinin ikinci növü aşkar olunub.

Bu isə onu qida rasionunu dəyişdirməyə vadar edib. Hardi etiraf edib ki, 27 yaşında onun bədən quruluşu çox mükəmməl idi. Amma daha sonra əhvalının yaxşılaşması üçün çoxlu yemək yeməyə başladı. “Mənim psixika ilə bağlı problemlərim var idi. Məndə şəkərli diabet aşkarlayanda depressiyaya düşdüm və ölmək istədim”, bunu da Hardi deyib. Kişi qeyd edib ki, daim özünü yorğun hiss edib. 20 metr gəzmək üçün ona bir saat vaxt lazım idi. Yolboyunca da divara dəstəklənir və istirahət edirdi. 
47 yaşında həkimlər ona xəbərdarlıq ediblər ki, müvafiq həyat tərzi onda ölüm təhlükəsi yaradır. Hardi qorxub və ən yaxın idman zalına gedib. Fitnes-instruktor onun üçün məxsusi olaraq qidalanma planı tərtib edib. İlyarıma kişi 114 kilo ata bilib. Həkimə müraciət edəndə məlum olub ki, o, diabetdən də qurtulub. Hazırda kişi özü ilə qürur duyur və əlavə dəridən qurtulma əməliyyatı üçün pul yığır.