| Xəbər 2142 dəfə oxunub
Saçların uzanmasını sürətləndirən maska

Xardal tozu ilə olan saç maskaları çox populyar və effektlidir.

Xardal tozu qan dövranını yaxşılaşdırır, saçların follikullarını qıcıqlandırır ki, nəticədə saçlar daha sürətli uzanmağa başlayır.

1 xörək qaşığı xardal tozunu ilıq su ilə qarışdırın (duru sıyıq kimi alınmalıdır). Yumurta sarısını çalın və xardal kütləsinə əlavə edib yaxşı qarışdırın. Saçlarınız qurudursa, maskaya 1 xörək qaşığı zeytun və ya ayıpəncəsi yağı əlavə edin. Maskanı saçların köklərinə massaj hərəkətləri ilə çəkin və birinci dəfə 5 dəqiqə saxlayıb saçlarınızı şampunla yuyun. İkinci dəfə maskanı 10 dəqiqə ərzində, üçüncü dəfə - 15 dəqiqə ərzində saxlayın. Dəri çox yanırsa, maskanı daha tez yumaq olar. Maskanı həftədə 1 dəfə etmək lazımdır.