| Xəbər 2942 dəfə oxunub
"Romantik cinayət" -

Rusiyanın Xantı-Mansiysk muxtar dairəsində 22 yaşlı gənc sevgilisinə hədiyyə etmək üçün gül pavilyonundan 90 ədəd qızılgül oğurlayıb.

Trend-in məlumatına görə, həmin şəxs qısa müddət sonra qızın evinin yaxınlığında polis tərəfindən saxlanılıb.

 

Onun barəsində oğurluq maddəsi ilə cinayət işi açılıb. Qeyd olunur ki, gül pavilyonuna 14 min rubl maddi ziyan dəyib.