| Xəbər 990 dəfə oxunub
DÇ-2018: Daha üç güləşçimizin rəqibləri müəyyənləşib

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının 3-cü gününün püşkü atılıb.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, iki sərbəst və bir qadın güləşçimizin ilk rəqibləri müəyyənləşib. Püşk təmsilçilərimizi güclü güləşçilərlə üz-üzə qoyub.
70 kq
Təsnifat - Hacımurad Hacıyev - Ceyms Malkolm Qrin (USA)

97 kq
Təsnifat - Aslanbek Alborov - Moytaba Məhəmmədşəfi Qoleyi (İRİ)

59 kq
1/8 final - Tatyana Omelçenko - Svetlana Lipatova (RUS)