| Xəbər 927 dəfə oxunub
İmişlidə naməlum kişi meyiti tapılıb

İmişli rayonunda meyit tapılıb.

"Report"un Aran bürosu xəbər verir ki, səhər saatlarında rayonun Şahverdilər kəndi ərazisində şəxsiyyəti məlum olmayan kişi cəsədi aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Hazırda ərazidə müayinə işləri aparılır.

Faktla bağlı araşdırma aparılır.