|
Milan beş ildir İtaliyanın ən yaxşı şəhəri seçilir

İtaliya şəhərlərinin illik reytinqində Milan vətəndaşların tələblərinə daha çox cavab verən ən yaxşı şəhər elan edilib. Bununlada Milan beşinci dəfə bu sıralamada yerini qoruyub saxlayıb.

 

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, siyahıda Florensiya ikinci, Bolonya üçüncü sırada yer alıb.

 

İtaliyanın cənub şəhərləri sıralamada sonuncu yerlərdə qərarlaşıb.