|
Qadından şantajla pul tələb edən şəxsə 8 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Astan Əzizovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Əzizov 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttiham aktına əsasən, A.Əzizov tanışı olan qadını rüsvayedici məlumatlar yaymaqla şantaj edərək 4 min dollar pul tələb edib.

Qadının şikayətindən sonra hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində A.Əzizov saxlanılıb.