|
Ukraynada iki lokomotiv toqquşub: ölənlər var

Ukraynada iki lokomotiv toqquşub.

Trend-in məlumatına görə, hadisə Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində Şimal dağ-mədən kombinatının karxanasında qeydə alınıb.

Qəza nəticəsində 3 nəfər həlak olub, bir nəfər yaralanıb.

 

İnsident səhər saatlarında baş verib.

Digər təfərrüatlar barədə məlumat verilmir.