|
Badamdardakı sürüşmə ərazisinin üst hissəsindəki evlərin hasarlarına gips mayaklar qoyulub

Badamdar-20-ci sahə avtomobil yolundakı sürüşmənin dinamikasını nəzarətdə saxlamaq üçün ərazinin üst hissəsindəki evlərin hasarlarına gips mayaklar qoyulub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sürüşmə zonasında nisbi stabiillik qalmaqdadir.

 

Sürüşmə kütləsi üzərində vizual hiss olunan dəyişiklik baş verməyib. Kütləni təşkil edən pozulmuş süxurların ara-sıra yamac boyu hərəkəti qeydə alınıb.