|
Şahzadə Harri və Meqan Markl az qala təyyarə ilə qəzaya uğrayacaqdılar

Şahzadə Harri və onun xanımı Meqan Marklın olduğu "Dassault Falcon 7X" təyyarəsini Niderlanda uçan zaman ildırım vurub.

Trend-in məlumatına görə, insident sentyabr ayının sonunda şəhzadə və onun xanımı Amsterdama gizli tədbirə getdikləri zaman baş verib.

 

30 milyon volt gücündə ildırım təyyarənin naviqasiya sistemindən bir neçə santimetr aralıya vurub. Bununla belə, təyyarə Amsterdamın Sxiphol hava limanında uğurla eniş edib.

Enişdən sonra təyyarə təmitə göndərilib, şahzadə Harri və Meqan Markla başqa təyyarə verilib.