|
"Elimi bırakma"nın aktrisası Sezen Aksunun oğlu ilə sevgilidir
"TRT"də yayımlanan "Elimi bırakma" serialında aktyor Alp Norruzla baş rolu paylaşan aktrisa Alina Boz şəxsi həyatı haqda danışıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa Sezen Aksunun oğlu Mithat Can Özerlə sevgili olduğunu bildirib. O, "Sezen Aksu ilə fotonuz yayılıb, oğlu ilə hələ görüşürsünüz" sualına "Bəli, doğrudur. Hər şey yaxşıdır" deyə cavab verib.

Qeyd edək ki, ekran işində Alina Alpla sevgili obrazındadır.