| Xəbər 2498 dəfə oxunub
Azərbaycan Monqolustana ixrac missiyası göndərdi

Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) xəttilə Monqolustana ixrac missiyası təşkil edilib. Trend-ə bu barədə etibarlı mənbədən bildiriblər.

Mənbənin sözlərinə görə, tərkibinə təxminən 20 iri şirkət nümayəndəsinin daxil olduğu ixrac missiyası Ulan-Batora səfər edəcək.

Mənbə bildirib: "Gələn həftənin əvvəlində missiyanın səfəri çərçivəsində Azərbaycan-Monqolustann biznes-forumu, eləcə də iki ölkə rəsmilərinin görüşləri, həmçinin biznes strukturlarının nümayəndələri arasında B2B görüşlər keçiriləcək.

Tərəflər Azərbaycan və Monqolustan sahibkarları arasında Azərbaycan məhsullarının bu ölkəyə ixrac edilməsi imkanlarının genişləndirilməsini müzakirə edəcəklər".