| Xəbər 1908 dəfə oxunub
Tovuzda 42 yaşlı qadın qonşusu tərəfindən amansızlıqla döyüldü

Tovuzda qadın qonşusu tərəfindən xüsusi amansızlıqla döyülüb.

Trend-in məlumatına görə, hadisə rayonun Çeşməli kəndində baş verib.

Kənd sakini, 1976-cı il təvəllüdlü Sadıqova Şələ Nəriman qızı qonşusu tərəfindən xüsusi amansızlıqla döyülüb.

 

Qadın bədəninin müxtəlif hissələrinin ağır xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırmalar aparılır.