| Xəbər 2548 dəfə oxunub
Bakıda iki marşrut xəttində dəyişiklik edilib

Paytaxtın Səbail rayonu Badamdar şosesində (Badamdar - "20-ci sahə"ni birləşdirən yol) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, bu səbəbdən 53 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib. Hazırda qeyd edilən marşrut xətləri üzrə avtobuslar "20-ci sahə" adlanan əraziyə getmək üçün alternativ yollardan istifadə edirlər.

 

Dəyişiklik Badamdar şosesində hərəkət bərpa edilənədək qüvvədə olacaq.