| Xəbər 2081 dəfə oxunub
ABŞ Prezidentinin müşaviri Azərbaycana gəlir

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton oktyabrın 20-də Azərbaycana səfər edəcək.

Trend-in məlumatına görə, bu barədə C.Bolton "Twitter"dəki səhifəsində yazıb.

Müşavir qeyd edib: "Oktyabrın 20-də Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana səfərlər edəcəyəm, həmkarlarımla və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlər keçirəcəyəm".