| Xəbər 1771 dəfə oxunub
Türkiyə xarici işlər naziri “Sədr” hərəkatının lideri ilə görüşüb

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Nəcəfə şəhərində “Sədr” hərəkatının lideri Müqtədə əs-Sədr ilə görüşüb

Trend-in məlumatına görə, tərəflər ikitərəfli əlaqələri, həmçinin yeni hökumətin qurulması məsələsini müzakirə edib.

 

Çavuşoğlu danışıqların müsbət tonda keçdiyini bildirib.

Görüşdən sonra nazir imam Əlinin məzarını ziyarət edib.