| Xəbər 703 dəfə oxunub
Yevlaxda qadını maşın vurub

Yevlax şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin Üzeyir Hacıbəyli küçəsində arxaya hərəkət edən "VAZ-2104" markalı avtomobil yol kənarında dayanmış yerli sakin Cəmilə Mehdiyevanı vurub.

Nəticədə qadın müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.