| Xəbər 641 dəfə oxunub
Müğənni boşanandan 4 ay sonra yenidən evlənir

45 yaşlı məşhur rusiyalı müğənni və aktyor Sergey Şnurov yenidən evlənir. 

 
Axşam.az-ın məlumatına görə, rus mətbuatı onu Sankt-Peterburqda nikah salonlarından birində görüntüləyib. Videoda ifaçının bir xanımla nikah üçün müraciət edilən kağızı doldurduğu əks olunub. 

Musiqiçiyə yaxın olan mənbə xəbəri təsdiqləyib. Sergeyin ailə istədiyini, onun yeni eşq yaşadığını bildirblər. Onun yeni həyat yoldaşının kimliyi isə hələ açıqlanmır. 

Qeyd edək ki, Şnurov 4 ay əvvəl həyat yoldaşından boşanıb. O, Matilda ilə 8 il birlikdə yaşayıb.