| Xəbər 1254 dəfə oxunub
Azərbaycan milli komandası Liqasında ilk qələbəsini qazandı

Futbol üzrə Azərbaycan milli yığması UEFA Millətlər Liqasında növbəti oyununu Farer adaları komandasına qarşı keçirir. Trend-in məlumatına görə, Azərbaycan millisi rəqibi 3:0 hesabı ilə məğlub edib.

Yığmamızın heyətində 28 və 85-ci dəqiqələrdə Riçard Almeyda, 67-ci dəqiqədə isə Dmitri Nazarov fərqlənib.

 

Qrupun digər oyununda Kosovo millisi doğma meydanda Malta millisinə 3:1 hesabı ilə qalib gəlib. Belə də, Kosovo yığması 7 xalla qrupda birinci, Azərbaycan millisi isə 5 xalla ikinci pillədə qərarlaşıb.