| Xəbər 2214 dəfə oxunub
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Qubaekoaqrar” MMC-nin kənd təsərrüfatı mallarının istehsalı zavodunun açılışında iştirak ediblər

Oktyabrın 11-də “Qubaekoaqrar” Məhdud Məsuliyyətli Cəmiyyətinin kənd təsərrüfatı mallarının istehsalı zavodu istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva zavodun açılışında iştirak ediblər.

Dövlətimizin başçısı zavodu işə saldı.