| Xəbər 2004 dəfə oxunub
Türkiyə polisi Səudiyyə Ərəbistanına məxsus təyyarədə külli miqdarda narkotik aşkar etdi

Türkiyə polisi Səudiyyə Ərəbistanına məxsus yük təyyarəsində külli miqdarda narkotik maddə aşkar edib.

Trend-in məlumatına görə, hadisə Adana hava limanında baş verib.

 

Aşkar olunan narkotik vasitələrin dəyəri 14 milyon lirə həcmində ölçülür.

Əməliyyatın digər təfərrüatları barədə məlumat verilməyib.