| Xəbər 1747 dəfə oxunub
Rusiyanın daha 3 universitetinin Azərbaycanda filialı açılacaq

Rusiyanın daha 3 universitetinin Azərbaycanda filialı açılacaq.

Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib.

 

Diplomat qeyd edib ki, bu filiallar Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Ali İqtisadiyyat Məktəbi və Moskva Dövlət Humanitar-İqtisad Universitetinin olacaq.

Hazırda Azərbaycanda Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir.