| Xəbər 1454 dəfə oxunub
9 valyutadəyişmə məntəqəsi bağlandı

İran Mərkəzi Bankı xarici valyutanın alqı-satqısı il əlaqədar qaydalara riayət etmədiyinə görə 9 valyutadəyişmə məntəqəsinin fəaliyyəti dayandırılıb.

Trend-in məlumatına görə, bu barədə İSNA İran Mərkəzi Bankına istinadən xəbər yayıb.

 

Qaydalara riayət etmədiyinə görə, iki valyutadəyişmə məntəqəsinin lisenziyası ləğv edilib, 7 məntəqənin də fəaliyyəti 1-3 ay müddətinə dayandırılıb.