| Xəbər 1122 dəfə oxunub
Anasından Ronaldoya dəstək –

“Yuventus”un hücumçusu Kriştiano Ronaldonun anası Doloreş Aveyru adı təcavüz qalmaqalında hallanan oğluna dəstək olub.
Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, o, şəxsi “İnstaqram” hesabında hər şeyin tezliklə qaydasına düşəcəyini yazıb:

“Məndən uzaqda olsan da, dualarım səninlədir. Hər şey qaydasına düşəcək. Tanrı böyükdür”.
Qeyd edək ki, Ronaldo Ketrin Mayorqa adlı amerikalı xanıma, eyni zamanda 3 fərqli qadına təcavüz etməkdə günahlandırılır.