|
ABŞ-da təyyarə təcili eniş etdi:

"United Airlines" aviaşirtkətinin təyyarəsi havaya qalxdıqdan sonra təcili olaraq Florida ştatının aeroportuna qayıdıb.

Trend-in "Fox News"a istinadən verdiyi məlumata əsasən, təcili enişə səbəb təyyarənin mühərriklərindən birinində yaranan problem olub.

 

Göyərtəsində 79 sərnişin və 5 ekipaj üzvü olan "Airbus A320" təyyarəsi 2394 reysini yerinə yetirirdi (Fort-Mayers - Nyuark).

Şirkətin əməkdaşları sərnişinlərin təyinat yerinə digər reyslərlə çatdırılması üçün tədbirlər görür.