| Xəbər 1400 dəfə oxunub
Turistlər üçün ən bahalı şəhərlər reytinqinə Dubay başçılıq edir

Turistlər üçün ən bahalı şəhərlər reytinqində birinci yerdə Dubay qərarlaşıb, burada turistlər orta hesabla 537 dollar xərcləyir.

Trend-in məlumatına görə, bunu "Mastercard" "Global Destination Cities Index" reytinqində bildirir.

Reytinqin ikinci pilləsində Parisdi (301 dollar), üçlüyü Sinqapur şəhəri tamamlayır (286 dollar). Bundan başqa, ilk beşliyə Seul (181 dollar) və Banqkok (173 dollar) daxil olub.

 

Daha sonra Tokio (154 dollar), London (153 dollar) və Nyu-York şəhərləri (147 dollar) gəlir.

Reytinqin tərtib olunmasında "Mastercard" əcnəbilərin dünyanın 162 şəhərində ödəmələri haqqında məlumatlardan istifadə edir.