| Xəbər 993 dəfə oxunub
Milli kinomuzun 120 illiyinə həsr edilmiş fotosərgi açılacaq

Oktyabrın 12-də Muzey Mərkəzində Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş “Azərbaycan kinosu çəkiliş meydançalarında” adlı fotosərgi açılacaq. Sərgi Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Film Fondunun təşkilatçılığı ilə gerçəkləşəcək.

Dövlət Film Fondundan AZƏRTAC-a bildirilib ki, sərgidə sovet dönəmində istehsal olunmuş klassik Azərbaycan filmlərinin çəkiliş proseslərini əhatə edən 50 foto təqdim olunacaq.