| Xəbər 2186 dəfə oxunub
Cey Lo geyimi ilə gecəyə damğa vurdu
Ötən gün Los-Ancelesdə mükafatlandırma mərasimi keçirilib.
Qırmızı xalıda bu dəfə də sanki şıklıq yarışı keçirilib. Məşhurlar bir-birindən maraqlı geyim tərzləri ilə diqqət mərkəzində olublar.
Gecəyə isə müğənni Cennifer Lopez öz çəhrayı donu ilə damğa vurub.
Belində qara kəmər olan libas sinə və kürək dekoltesi, eləcə də uzun yarığı ilə seçilirdi. 49 yaşlı Cey Lo tərzi ilə tədbirdə iştirak edən gənc ulduzları belə geri qoymağı bacarıb.