| Xəbər 1778 dəfə oxunub
Fransanın “Airbus”u Azərbaycanın kosmik sahəsinin bir hissəsi olmaq arzusundadır

Fransanın “Airbus” aerokosmik korporasiyası Azərbaycanın kosmik sahəsinin bir hissəsi olmaq arzusundadır.

Bunu özəl olaraq Trend-ə şirkətin Avrasiya üzrə vitse-prezidenti Silver Delone deyib.

S.Delone bildirib ki, “Airbus” “Azərkosmos” ASC ilə yaxşı əlaqələr qurub:

“Şirkət uzunmüddətli tərəfdaş qismində telekommunikasiya və kəşfiyyat peyklərinin hazırlanması kimi kosmik layihələri dəstəkləməklə Azərbaycanın kosmik sahəsinin bir hissəsi olmaq arzusundadır”.

Onun sözlərinə görə, “Airbus” Azərbaycanın aerokosmik sektoru ilə uzunmüddətli perspektivli tərəfdaşlığa və sıx əlaqələrin qurulmasına istiqamətlənib:

 

““Airbus” 10 ildən çoxdur ki, Azərbaycanın mülki və hərbi aerokosmik sektoru ilə əməkdaşlıq edir. Şirkət “Azərbaycan Hava Yolları” QSC və “Azərkosmos” ASC ilə sıx əməkdaşlıq edir”.

Vitse-prezident əlavə edib ki, “Airbus”ın proqnozuna görə, növbəti 20 il ərzində regionda sərnişin axını iki dəfədən çox artacaq.

O bildirib ki, “Airbus” Azərbaycan bazarına sadiqdir:

““Airbus” Azərbaycanla şirkətin lider olduğu sahələr üzrə bütün layihələrdə əməkdaşlıq etməyə hazırdır və kommersiya və hərbi aviasiya da daxil olmaqla yüksək səviyyəli texnologiyalar təklif edir”.