| Xəbər 2082 dəfə oxunub
Mərkəzi Bank: Azərbaycanda nağd pul dövriyyəsi xeyli azalacaq

Yaxın 3 ildə Azərbaycanda nağdsız ödənişlərin dövriyyəsi 17 milyard manata çatacaq.

Trend-in məlumatına görə, bunu energetika və İKT üzrə Azərbaycan-Almaniya biznes-forumunda Mərkəzi Bankın İnformasiya texnologiyaları departamentinin direktoru Fərid Osmanov deyib.

 

O bildirib ki, hər il bu dövriyyə təqribən 7 faiz artır:

"Ümid edirik ki, beləliklə, nağd pul dövriyyəsinin səviyyəsini indiki 74 faizdən 40 faizədək azalda biləcəyik".