|
Ukraynada silah anbarında partlayış:

Ukraynanın Çerniqov vilayətində yerləşən silah anbarında baş vermiş partlayışla əlaqədar 20 kilometr radiusunda hava məkanı bağlanıb.

Bu barədə Trend Ukrayna Fövqəladə Vəziyyət üzrə Dövlət Xidmətinə istinadən məlumat verir.

Bundan başqa, dəmir yolu və avtomobil nəqliyyatının hərəkəti dayandırılıb.

Fövqəladə vəziyyətin nəticələrinin qarşısının alınması üzrə qərargah yaradılıb.

 

İndikiyədək 10 minə yaxın insan təxliyə edilib. Ölən və yaralananlar barədə məlumat verilmir.

Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, arsenalın ərazisi təqribən 682,6 hektar, texniki sahəsi isə 402 ha təşkil edir.